May 17, 2022

Yakutiya bələdiyyə başçısı Ramazan ayının ilk orucunu tələbələrlə açıb

Yakutiya bələdiyyə başçısı Dr. Mahmud Uçar Ramazan ayının ilk gününü Gez məhəlləsindəki tələbə evində qalan gənclərlə açıb.

Turaz.org xəbər verir ki, Ramazan ayına girdiyimiz və dünən orucun ilk gününü açdığımız gün Yakutiya Bələdiyyə Başçısı Dr. Mahmud Uçar ilk gün iftarını Gez məhəlləsində universitet tələbələrinin evində qonaq olaraq açıb.

Müxtəlif ölkələrdən gəlib Ərzurumda təhsil alan tələbələrlə Mahmud Uçar bir araya gələrək öz əlləri ilə onlar üçün qiymə və makaron bişirib. Sosial şəbəkələrdə yayımlanan videonu minlərlə izləyici izləyib.

Ramazan ayının ilk günü iftarını Ərzurum Texniki Universitetinin Mühəndislik fakültəsində təhsil alan universitet tələbələri ilə açan, tələbəlik xatirələrini bölüşən və yaşadıqlarını paylaşan Mahmud Uçar, internetdə yayımladığı video ilə minlərlə bəyənmə toplayıb. Onun sosial media hesabında tələblərlə səmimi şəkilləri vardır.

Yayımladığı göndəridə “Ramazan ayının ilk iftarında Ərzurum Texniki Universitetində təhsil alan tələbə qardaşlarımın evində qonaq olduq. Müxtəlif şəhərlərdən gələn beş dostun qaldığı tələbə evində gənclərlə birlikdə yemək bişirdik, iftarımızı açdıq, dərin söhbətlə çayımızı qurtumladıq. Allah sizə uğurlar qismət eləsin, gənclər…” Qeydi atan bələdiyyə başçısı Uçar Ramazan ayında həmyerliləri ilə tez-tez görüşəcəyini və müxtəlif fəaliyyətlərə davam edəcəyini bildirib.

Müxbir: Hakan Dikmen
Həmçinin bax: turaz.org/fetelibeyli-ve-beriya-haqqinda-yeni-materiallar-muemmali-tariximizle-bagli-iki-kitab
Həmçinin bax: kafkazh.com/ozbek-saire-gulcohre-taxirovanin-dordlukleri

Translate »