Oktyabr 21, 2021

Yamaykalı futbolçu Azərbaycan klubu ilə danışıqlar aparır

Yamaykanın “Humble Lions” klubunda çıxış edən “Keşlə”nin sabiq futbolçusu Andre Klennon Azərbaycan klubları ilə danışıqlar aparır.
Turaz.org xəbər verir ki, yamaykalı oyunçunun planı ölkə xaricinə getmək və yenidən yüksək səviyyədə oynamaqdır. Bu barədə Klennon “Jamaica-star” nəşrinə açıqlama verib.
Futbolçu deyib: “Planım ölkə xaricinə qayıtmaq və yenidən ən yüksək səviyyədə oynamaqdır. Hazırda transfer üçün hədəflədiyim ölkələr Türkiyə, İran və Azərbaycandır. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir”.
Xatırladaq ki, A.Klennon 2018/2019-cu il mövsümündə çıxış etdiyi “Keşlə”də 26 matçda iştirak edib və 4 qol vurub.

Müxbir: turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/famil-xelilov-qebele-futbol-akademiyasina-bas-mesqci-teyin-olunub/

Həmçinin bax:https://turaz.org/isvec-ikinci-covid-19-dalgasindan-yayinmadi-amma-ne-qeder-davam-edecek/

Translate »