Oktyabr 3, 2022

Yanvar-iyul aylarında avtomobil idxal olunub

Yanvar-iyul aylarında ölkəyə 27 mindən çox avtomobil idxal olunub

Cari ilin yanvar-iyul aylarında Azərbaycana 340 milyon 968 min ABŞ dolları dəyərində 27 min 792 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 25 min 999-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1615-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 77-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax: https://kafkazh.com/beynelxalq-siyasetde-qadinlarin-yeri/

Həmçinin bax: https://turaz.org/tehsil-naziri-yeni-tedris-ili-bagli-verilen-tekliflere-gore-ictimaiyyete-muraciet-edib/

Translate »