Fevral 3, 2023

Yanvar-oktyabr aylarında Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 5 dəfə artıb

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi son 10 ayda təxminən 5 dəfə artıb.

Turaz.org xəbər verir ki, bunu Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündə deyib. Tərəflərin qarşılıqlı şəkildə maraqlandığı problemlərin həlli üçün səmərəli qurum olan Hökumətlərarası Komissiya iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın artırılmasında böyük rol oynayır. Komissiyanın fəaliyyəti sayəsində investisiya əməkdaşlığı genişlənir, Türkmənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulur. Bu baxımdan tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli mühitin yaradılmasında hüquqi dəstəyə ehtiyac olduğunu vurğulayıblar. Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Bakıda Azərbaycanın İqtisadiyyat İdarəsinin rəisi Mikayıl Cabbarov ilə görüşündə də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/minsk-ve-bakidan-daskende-ucan-teyyareler-hava-seraiti-ile-elaqedar-semerqend-hava-limanina-yonlendirilib/

Translate »