Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Turaz.org xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Brüsseldə İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət olub
“Onun hekayəsi” kitabının təqdimatı keçirilib
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək