Oktyabr 28, 2021

Yaponiya hökuməti oktyabrdan başlayaraq əcnəbilər üçün bu ölkəyə girişi yumşaltmağa hazırlaşır.

Yaponiya hökuməti koronavirus pandemiyasına görə ölkəyə əcnəbilərin gəlişini qadağan edən məhdudiyyəti oktyabr ayının əvvəllərindən başlayaraq aradan qaldırmağa hazırlaşır.Turaz.org “Asahi shimbun”

qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar turistlərə şamil olunmayacaq.Nəşrin məlumatına görə, söhbət əsasən səhiyyə, təhsil və işgüzar məqsədlə həyata keçiriləcək orta və uzun müddətli səfərlərdən gedir. Eyni

zamanda, mədəni fəaliyyət məhdudiyyətlərin götürüləcəyi sahələrə aid ediləcək. Məhdudiyyətlər yumşaldıldıqdan sonra hər gün Yaponiyaya dünyanın bütün ölkələrindən təqribən min nəfərin gələcəyi gözlənilir. Həmin

şəxslərin uçuş ərəfəsində koronavirus testindən keçməsi və ölkəyə gəldikdən sonra 14 gün karantində qalması nəzərdə tutulur.Bununla yanaşı, oktyabrdan

başlayaraq məhdudiyyətlərin Yaponiyaya gələn əcnəbi tələbələr üçün götürüləcəyi də gözlənilir.“Asahi”nin məlumatına görə, hökumət turist səfərləri istisna olmaqla,

Yaponiyaya gəlişi asanlaşdırmaq istiqamətində imkanları genişləndirməkdə davam edəcək. Belə ki, Tokio, Osaka, Fukuoka, Naqoya və Sapporo şəhərlərində yerləşən beynəlxalq aeroportlar noyabrdan başlayaraq

gün ərzində 20 min əcnəbini qəbul etməyi planlaşdırır.Bildirilir ki, bu günədək Yaponiya hökuməti Asiya-Sakit okean regionunun koronavirusla bağlı vəziyyətin daha sabit olduğu 16 ölkəsindən əcnəbilərin gəlişini

asanlaşdırmaq imkanlarını araşdırır. Bunun ilk növbədə biznes nümayəndə heyətlərinə, işgüzar səfərlərə və daimi yaşamaq üçün gələnlərə şamil ediləcəyi bildirilir. Həmin qaydanın Vyetnam, Tailand, Malayziya,

Kamboca, Laos, Myanma və Sinqapurdan gələnlərə artıq tətbiq edildiyi də qeyd olunur. Eyni zamanda, bu istiqamətdə müzakirələrin Çin, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və digər ölkələrlə davam etdirildiyi

bildirilir.Xatırladaq ki, Yaponiya hökuməti ABŞ, Aİ və Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Azərbaycan, Çin, Cənubi Koreya, Rusiya, Belarus və Ukrayna daxil olmaqla 160 ölkə vətəndaşlarının buraya gəlişini qadağan edib.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/hindistanda-yasayis-binasinin-cokmesi-neticesinde-olenlerin-sayi-39-nefere-catib/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »