Dekabr 8, 2021

Yaponiya hökuməti Sadiq Səfiyevi İmperator ordeni ilə təltif edib

3 noyabr 2021-ci ildə Yaponiya hökuməti Doğan Günəş Ordeninin Böyük Kordonu ilə təltif edilən əcnəbilərin siyahısını açıqlayıb.

Turaz.org xəbər verir ki, siyahıda Özbəkistan Senatının birinci vitse-prezidenti Sadiq Səfiyev də var.

Səfiyev “Yaponiya ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və dostluq əlaqələrinin təşviqində uzun illər xidmətinə” görə təltif edilib.

Doğan Günəş ordeni 1875-ci ildə imperator Meyci tərəfindən təsis edilib. O, beynəlxalq münasibətlərdə, Yapon mədəniyyətinin təbliğində, öz sahələrində irəliləyişlərdə, rifahın inkişafında və ya ətraf mühitin qorunmasında görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilir.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/aeroflot-ilk-ucusunu-namanqana-heyata-kecirib/

Translate »