Yaponiya Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyi üçün Belarusa qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Turaz.org “Japan Today”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kişida danışıb.
Onun sözlərinə görə, bu addım ABŞ və digər ölkələrin addımları ilə üst-üstə düşəcək:
“Belarus Rusiyanın hərbi hərəkətlərini dəstəkləyir və biz bunu qətiyyətlə pisləyirik. Biz tez bir zamanda sanksiyalarla bağlı yekun nəticəyə gəlmək niyyətindəyik”.
Həmin iclasda xarici işlər naziri Yoşimasa Hayaşi bəyan edib ki, Yaponiya Belarusun yüksək rütbəli dövlət məmurları da daxil olmaqla, ayrı-ayrı şəxslərə qarşı tədbirləri nəzərdən keçirir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
Azərbaycan XİN Norveçi Milli Gün münasibətilə təbrik edib