Fevral 3, 2023

Yaponiya Özbəkistana yeni səfir təyin edib

Xarici işlər naziri Vladimir Norov Yaponiyanın Özbəkistana yeni təyin olunmuş səfiri Takaşi Hattorini qəbul edib.

 

Turaz.org xəbər verir ki, görüşdə səfir etimadnaməsinin surətlərini nazirə təqdim edib, nazir də öz növbəsində onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı tərəflər Özbəkistan-Yaponiya münasibətlərinin strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Onlar həmçinin “Mərkəzi Asiya+Yaponiya Dialoqu” da daxil olmaqla, qarşıdan gələn birgə tədbirlərin cədvəlini və təşkilati aspektlərini nəzərdən keçirdilər. Tərəflər ticarət-iqtisadi əlaqələrin qurulmasında və iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/sovket-mirziyoyev-qirgizistana-sefer-edecek/

Translate »