Noyabr 28, 2021

Yaponiya Özbəkistandan təcrübəli tikişçiləri işə götürməyə hazırdır

Yaponiya Özbəkistandan təcrübəli tikişçiləri işə götürməyə hazırdır. Aylıq əmək haqqı min dollar civarındadır.

Turaz.org xəbər verir ki, Xarici Əmək Miqrasiya Agentliyinin məlumatına görə, Yaponiyada tikiş sahəsində kifayət qədər təcrübə və bacarıqlara malik qadınlara vakansiyalar təklif olunacaq.

Namizədlər üçün tələblər:
– 18-35 yaş;
– 6 ay iş təcrübəsi;
– Zərərli vərdişlərin olmaması;
– Yapon dilinin əsas bilikləri;
– İş saatı: gündə 8 saat, 5/7.

Uznews agentliyinə istinadən verilən məlumata əsasən, təlim kursunun ilk ayı üçün əmək haqqı 60 min yapon yuən (525 ABŞ dolları), ikinci aydan isə bütün vergilər və mənzil haqları daxil olmaqla 122091 yuən (1068 dollar) təşkil edir.

Səyahət xərcləri işəgötürən tərəfindən qarşılanacaq.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ceferov-kuveytin-bas-naziri-seyx-sabah-xalid-el-hemed-el-sabah-ile-gorusub
Həmçinin bax: kafkazh.com/turkmencay-muqavilesi

Translate »