Oktyabr 24, 2021

Yaponiyada ümumi seçkilərin təşkili vaxtı hakim partiyada fikir ayrılığına səbəb olub.

Yaponiyanın hakim Liberal Demokratik Partiyasında (LDP) ölkədə ümumi seçkilərin təşkili vaxtı ilə əlaqədar fikir ayrılığı yaranıb.Turaz.org AZƏRTAC-a istinadən xəbər verir ki, ötən həftə LDP-nin yeni sədri seçilən Yoşihide Suqa jurnalistlərə koronavirusla

mübarizənin və iqtisadiyyatın bərpasının onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcəyini bildirib.Y.Suqa, həmçinin qeyd edib ki, parlamentin aşağı palatasının səlahiyyətlərinin təqribən bir il sonra başa

çatacağını nəzərə alaraq seçkilərin vaxtını təyin edəcək.LDP-dən olan bir çox deputatlar Y.Suqanın öz hökumətinin tərkibini artıq seçdiyini əsas gətirərək aşağı palatanın yaxın zamanlarda buraxılmasının məqsədəuyğun

olmadığını qeyd edirlər. Onların rəyinə görə, siyasi boşluğun əmələ gəlməsinə imkan verməyəcəyini vurğulayan Baş Nazir əsas diqqəti pandemiya ilə mübarizəyə

yönəldəcəyini vəd edib. Həmin deputatlar, həmçinin bildirirlər ki, qarşıda Tokio Yay Olimpiya və Paralimpiya Oyunları gəldiyinə görə aşağı palatanın buraxılması əlavə problemlər yarada bilər.Bununla yanaşı,

Maliyyə naziri Taro Asonun rəhbərlik etdiyi fraksiyanın üzvləri yeni hökumətin yüksək reytinqini əsas gətirərək Y.Suqanın aşağı palatanı buraxaraq vaxtından əvvəl ümumi

seçkilər təyin etməsini məqsədəmüvafiq hesab edirlər. Bu qrup Baş Nazirin vaxtından əvvəl seçkilər təyin etmək üçün aşağı palatanı cari ilin sonunda və ya gələn ilin əvvəllərində buraxmasını təklif edir.Mütəxəssislərin

qənaətinə görə, belə olan şəraitdə Y.Suqa koronavirus pandemiyası və hökumətin reytinqi ilə əlaqədar vəziyyəti nəzərə alaraq hərəkət edəcək.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/turkmenistanla-efqanistan-birge-demir-yolu-layihelerini-muzakire-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »