Oktyabr 28, 2021

Yaponiyanın Xarici İşlər naziri ölkəsinə BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu verilməsinə çağırıb.

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi BMT Təhlükəsizlik Şurasında islahatların gecikdirmədən aparılmasına və ölkəsinə bu təşkilatda daimi üzvlük statusu verilməsinə çağırıb.Turaz.org Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, T.Moteqi bu

barədə BMT-nin yüksək səviyyəli görüşünə ünvanlandığı videomüraciətində bildirib.BMT-nin yaranmasından sonra dünyada mühüm dəyişikliklər baş verdiyini vurğulayan T.Moteqi insanların daha böyük və müxtəlif böhranlarla

qarşılaşdığını qeyd edib. Buna misal olaraq hazırda bütün dünyanı ağuşuna almış koronavirus pandemiyasını göstərib.Yapon nazir beynəlxalq ictimaiyyətin birliyinin möhkəmləndirilməsində BMT-nin mühüm rolu olduğunu xüsusi qeyd edib. Bu təşkilatı gücləndirmək üçün Təhlükəsizlik Şurasında

islahatlar aparılmasının zəruriliyini vurğulayıb.Nazir deyib ki, BMT üzvü olan, üzərinə böyük öhdəliklər götürmək üçün müəyyən potensiala malik ölkələr Təhlükəsizlik Şurasının genişləndirilmiş

tərkibində yer almalıdırlar. Yaponiya daimi üzv kimi üzərinə öhdəliklər götürməyə hazırdır və bu, dünyada sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcək.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçin bax:https://turaz.org/yaponiya-hokumeti-oktyabrdan-baslayaraq-ecnebiler-ucun-bu-olkeye-girisi-yumsaltmaga-hazirlasir/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Translate »