May 16, 2022

Yeni Humanitar Tranzit Məntəqəsi: “Bu, üç həftədir gözlədiyimiz koordinasiyadır”

Bazar ertəsi Budapeştin idman salonlarından biri olan “BOK Hall”da Ukraynadan olan qaçqınlar üçün “humanitar tranzit məntəqəsi” açılıb.

Turaz.org xəbər verir ki, müharibə başlayandan üç həftədən çox vaxt keçdikdən sonra hökumət dövlət mərkəzi yaratmaq qərarına gəlib. Buradakı şərait mülki şəxslərin heç bir mərkəzi koordinasiya olmadan gələnləri qəbul etdiyi və onlara kömək etdiyi qatar stansiyalarında olduğundan qat-qat yaxşıdır. Hökumətin fikrincə, belə bir obyektin yaradılmamasının səbəbi, daha böyük qaçqın axınının yalnız indi gözlənilməsidir.

Ukraynada müharibə başlayandan sonra ilk üç həftə ərzində minlərlə qaçqının gəldiyi və onlara ən qısa zamanda qayğı göstərilməli olduğu Keleti və Nyuqati qatar stansiyalarında yalnız bazar ertəsi günü məlumat nöqtələri var və müharibə qaçqınlar avtobuslarla iki stansiyadan və Kobanya felso stansiyasından “BOK” idman zalına aparılır və burada sivil mühitdə yerləşdirilə bilərlər.

Orada onlara yemək, içki, yaşayış və digər səyahət variantları, tibbi xidmət, qatar şirkətinin kassası, sanitar qovşaq, azyaşlı uşaqlı analar üçün körpə-ana guşəsi, uşaqlar üçün oyun guşəsi və digər məsələlərlə bağlı məlumatlar verilir.

444.hu. saytından verilən məlumata əsasən, qaçqınların planlarından asılı olaraq Macarıstandakı qatar stansiyasına, hava limanına və ya sığınacağa gedə biləcəyi BOK Halldakı hökumət qaçqın tranzit mərkəzindəki könüllü, “Bu, üç həftədir gözlədiyimiz koordinasiyadır” deyə bildirib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanin-kend-teserrufati-sektoru-dovlet-desteyi-alacaq
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-sikke-zerbi-ve-pul-tedavulu

Translate »