Oktyabr 4, 2022

Yeni Zelandiya koronavirus pandemiyasına görə ümumi seçkiləri oktyabradək təxirə salıb

Yeni Zelandiyada yayılan koronavirus pandemiyasına görə ümumi seçkilər bir ay müddətinə təxirə salınaraq, oktyabrın ortalarında keçiriləcək.
AZƏRAC xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern avqustun 17-də Vellinqtonda keçirilən mətbuat konfransı zamanı bəyan edib. Bildirilir ki, ilkin olaraq sentyabrın 19-da keçirilməsi nəzərdə tutulan seçkilər COVID-19 virusuna yoluxanların sayı artdığına görə oktyabrın 17-də baş tutacaq.
“İstəyirəm ki, seçicilərin partiyalar və namizədlər barədə tam informasiya almasına şərait yaradan seçkilər yaxşı təşkil edilsin və gələcəyə böyük inam yaratsın”, – deyə C.Ardern bildirib. Əlavə edib ki, dörd həftəlik fasilə bütün tərəflərə öz seçki kampaniyasını daha fəal başlamağa şərait yaradacaq. Baş nazir, həmçinin bildirib ki, seçkilərin vaxtının dəyişdirilməsi barədə əlavə göstəriş olmayacaq.
Yeni Zelandiya əhalisi arasında virusun yeni yayılması barədə xəbərlər ötən həftə, ölkədə son yoluxma halının qeydə alınmasından 100 gün keçdikdən sonra yayılıb.
Ötən həftənin cümə günü C.Ardern Oklend şəhərində 3-cü dərəcəli məhdudiyyətlərin daha iki həftə davam edəcəyini bəyan edib. Yeni Zelandiyanın digər ərazilərində isə 2-ci dərəcəli məhdudiyyətlər avqustun 27-də başa çatacaq.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yeni Zelandiyada koronavirusa 1280 yoluxma halı qeydə alınıb və yoluxanlardan 22-si həyatını itirib.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://kafkazh.com/henri-fayolun-idareetme-prinsipleri https://kafkazh.com/bioakustika/

Translate »