Dekabr 5, 2021

Yeni Zelandiyada 209 yeni COVID-19- a yoluxma faktı qeydə alınıb

Yeni Zelandiya Səhiyyə Nazirliyinin bazar günü verdiyi açıqlamada, 209 yeni COVID-19 infeksiyasına yoluxma faktının olduğunu bildirib. 

Turaz.org xəbər verir ki, Nazirlikdən verilən məlumata əsasən, 209 yeni COVID-19 faktından 207-si ümumi cəmiyyət daxili yoluxma faktı, ikisi isə sərhəddə qeydə alınan faktdır.

Nazirlik, Yeni Zelandiyada hazırkı Delta variantının yayılmasının COVID-19-un ümumi sayının, əsasən Oklend və ətraf bölgələrdə 5578-ə çatdığını söyləyib. Yeni Zelandiya xəstəxanalarında yeddisi reanimasiya və ya yüksək asılılıq şöbələrində olmaqla 90 COVID-19 xəstəsi var.

Yeni Zelandiyada pandemiyanın başlanğıcından bəri 8331 təsdiqlənmiş COVID-19 faktı qeydə alınıb. Nazirliyin məlumatına görə, Yeni Zelandiyalıların 81 faizi COVID-19-a qarşı tam peyvənd olunub.

Yeni Zelandiyanın ən böyük şəhəri Oklend və Şimal adasındakı Waikato bölgəsinin bir hissəsi COVID-19 Xəbərdarlıq Səviyyəsi Üçüncü məhdudiyyətlərindədir. Ölkənin qalan hissəsi 100 nəfərlə məhdudlaşan qapalı fəaliyyətlərlə Xəbərdarlıq Səviyyəsi 2 məhdudiyyətindədir.

Müxbir: Əzizə Əlizadə

Tərcüməçi: Həmidə İskəndərova

Translate »