Sentyabr 30, 2022

Yolda qalanlar bu çadırda isinir, isti yemək yeyir

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün quraşdırılan çadırlardan biri Nərimanov rayonu ərazisindəki Nərimanov parkındadır.

Turaz.org-un məlumatına görə, çadırların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm isti yemək yeyə, həm də dincələ bilirlər.Qeyd edək ki, çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edir.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/unec-de-magistrantlar-ucun-telimler-kecirilir/

Həmçinin bax: turaz.org/cenubi-koreyani-gelceyin-innovasiya-olkesi-seulu-ise-dizayn-paxtaxti-olaraq-gorurem-musahibe/

Translate »