Oktyabr 3, 2022

“Yunan əsgərləri Ro-Ro gəmisinə atəş açıb”- TSMK

Sahil Mühafizə Komandanlığı: Yunan əsgərləri Bozcaada sahillərində Ro-Ro gəmisinə təcavüz atəşi açıb.

Turaz.org xəbər verir ki, Sahil Mühafizə Komandanlığı, Çanaqqalanın Bozcaada rayonu açıqlarında beynəlxalq sularda üzən Komor adaları bayraqlı Ro-Ro gəmisi “Anatolian”a 2 Yunan Sahil Mühafizəsi elementinin təcavüzkar atəş açdığını açıqlayıb. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Çanaqqala VTS (Gəmi Trafik Xidmətləri) bildirib ki, bu gün saat 14:27-də Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən Komor adaları bayraqlı Ro-Ro gəmisi “Anatolian”a 2 Yunan Sahil Mühafizəsi əsgəri təcavüzkar atəş açıb. Yunan əsgərləri bölgəyə gələn 2 sahil mühafizə gəmisini aşkar etdikdən sonra yunan əsgərləri sürətlə bölgəni tərk edib.

Beynəlxalq hüquq qaydalarına məhəl qoyulmayan insident zamanı gəmidə olan 18 nəfərlik heyətdə (6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı) ölən və ya yaralanan olmayıb. Hadisəsən dərhal sonra gəmini 2 türk sahil mühafizə gəmisi müşayiət edib. Hadisə ilə bağlı Çanaqqala Növbətçi Prokurorluğunun göstərişinə uyğun olaraq istintaq başladılıb.

Diplomatik mənbələrdən alınan məlumata görə, beynəlxalq hüquqa tamamilə zidd olan bu hadisə ilə bağlı Yunanıstana Ankara və Afinada dərhal tədbir görülüb və hadisəyə etiraz edilib. Hadisənin ağırlığına diqqət çəkilərək, hadisənin dərhal araşdırılması və izahat verilməsi tələb olunub.

Müxbir və tərcümə: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/ozbekistan-ve-bee-aral-denizi-regionunda-birge-tedqiqat-teskil-edecek
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »