Noyabr 27, 2021

Yunanıstan COVID-19 hallarının artması səbəbindən özəl həkimləri köməyə səsləyir

Yunanıstan cümə axşamı (18 noyabr) ölkənin şimalındakı beş bölgədəki özəl sektor həkimlərinə COVID-19 infeksiyalarının artması ilə mübarizə apararkən səhiyyə sisteminə kömək etməyi əmr etdi.

Turaz.org xəbər verir ki, Yunanıstan höküməti dövlət xəstəxanaları və reanimasiya palataları son həftələrdə artan infeksiyalara görə dolub-daşdığı üçün özəl sektor həkimlərini bu ayın əvvəlində kömək etməyə çağırmışdı.

Rəsmi hökumət qəzetində dərc edilmiş tələb əmri bir ay müddətində qüvvədədir.

Yunanıstan Çərşənbə günü 6,682 yeni koronavirus infeksiyası və 87 ölüm halının yaşandığını bildirdi, bununla da keçən il pandemiya başlayandan bəri ümumi yoluxanların sayını 853,841-ə, ölüm halları isə 17,012 nəfərə çatdı.

Noyabrın əvvəlində hökumət artan infeksiyaların qarşısını almaq üçün peyvənd olunmamış vətəndaşlara məhdudiyyətlər qoydu.

Baş nazir Kyriakos Mitsotakisin cümə axşamı günü xalqa müraciət edərək, daha çox yunanı peyvənd almağa çağıracağı gözlənilir.

Təxminən 11 milyonluq əhalinin  61,8 faizi tam peyvənd olunub, səlahiyyətlilər isə payıza qədər bu nisbətin təxminən 70 faiz olacağına ümid edirdilər.

Tərcümə etdi: Aytac İsrayılova

Həmçinin bax: turaz.org/abs-mixeil-saakasvili-ile-bagli-gurcustana-cagiris-edib/

Translate »