Fevral 2, 2023

Zakir Həsənov: “Erməni hərbi birləşmələri hər hansı hərbi zərurət olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcərdə mina basdırıblar”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qonaqları salamlayan nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

 

General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.

 

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/dsx-azerbaycanli-serhedciler-ermenilerin-movqelerine-ates-acmayib/

Translate »