Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırıqlar verib.
Turaz.org-un xəbərinə görə, o, bu barədə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib
Ceyhun Bayramov və Eli Kohen arasında görüş başlayıb