Dekabr 9, 2021

Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Amerika Birləşmiş Ştatlarına səfəri başlayır.

Turaz.org xəbər verir ki,bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı komitə sədri ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Birləşmiş Ştatlarda da keçiriləcək Zəfər Günü tədbirlərinə qatılacaq.

Bundan başqa, səfər çərçivəsində ölkəmizə dost münasibəti bəsləyən və dəstək olan digər icmaların nümayəndələri ilə də görüşlər planlaşdırılır.

Səfər proqramında bir sıra rəsmi görüşlər də nəzərdə tutulur.

Qeyd edək ki, 8 noyabr – Zəfər Günü ilə bağlı dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-yə yaxın tədbiri keçiriləcək.

Müxbir: Əzizə Əlizadə

Translate »