Dekabr 8, 2021

Zəfər Gününün hava proqnozu açıqlanıb

Noyabrın 8-ə olan hava proqnozu açıqlanıb.

Turaz.org xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacaq.

 

Müxbir: Əzizə Əlizadə

Translate »