İyul 4, 2022

Zelenski: “Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək”

Ukrayna 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək.

Turaz.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.

“Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif etdim”, – dövlət başçısı qeyd edib.

Müxbir: Əzizə Əlizadə

Translate »