Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
Turaz.org “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
“Zelenski tarixi sənədi – Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, – Sibiqa feysbukda bildirib.
Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.
“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, – Sibiqa əlavə edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb