May 16, 2022

Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Bu barədə Turaz.org Ukrayna mətbuatına istinadən xəbər verir.

Fərman Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək məqsədilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin təklifi əsasında Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə Ukrayna Konstitusiyasının 102-ci maddəsinin ikinci hissəsi, 106-cı maddəsinin birinci hissəsinin 1, 17, 20-ci bəndlərinə uyğun olaraq qəbul edilib.

Qeyd edilir ki, belə bir qərar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar və dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin döyüş və səfərbərlik hazırlığını saxlamaq məqsədilə qəbul olunub.

Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün müddətində həyata keçirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına ümumi səfərbərlik dövrü ərzində çağırışçıların, ehtiyatda olanların və xalq təsərrüfatının nəqliyyat vasitələrinin sırasını və həcmini müəyyən etmək tapşırılıb.

Ukrayna Nazirlər Kabineti maliyyələşdirməni təmin etməli və öz səlahiyyətləri daxilində ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi ilə bağlı digər tədbirləri həyata keçirməlidir.

Ukrayna Təhlükəsizlik Xidməti ümumi səfərbərliyin həyata keçirilməsi zamanı əks-kəşfiyyat dəstəyi tədbirlərini həyata keçirəcək.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/zelenski-mudafiede-tek-qalmisiq-nato-da-hami-bize-destek-vermekden-qorxur/

Translate »