İyul 4, 2022

Zidan PSG-nin 25 milyonluq təklifini rədd edib

Əlcəzayir əsilli Fransız futbolçu və məşqiçi Zinəddin Zidan PSG-nin illik 25 milyon avroluq təklifini rədd edib.

Turaz.org xəbər verir ki, ötən mövsüm Fransa çempionatında çempion olan PSG qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar liqasında uğur qazana bilməməsinə görə hazırkı məşqiçi Poçettino ilə yolları ayırmağı düşünür.

PSG rəhbərliyi ilk namizərd kimi Zinəddin Zidana illik 25 milyon avro maaş təklif etsə də Zidan bu təklifi qəbul etməyib. Fransa mətbuatında yer alan xəbərə görə Zidan Fransa millisinin məşqiçisi olmaq istəyir.

Qeyd edək ki, Zidan Real Madridlə 3 dəfə Çemionlar liqasının qalibi olub.

Translate »